
Premyer Liqada yerini qoruyan "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzenin aqibətinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə klubu gürcü mütəxəssislə yoluna davam edəcək.
Daha 1 il müqaviləsi qüvvədə olan 57 yaşlı mütəxəssisin işi rəhbərliyi qane edib. "Qırmızı-qaralar"ın elitada yerini qoruması onunla bağlı yekun qərarın verilməsində həlledici olub.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanı 11-ci yerdə başa vurub. Elitada qalmaq uğrunda I Liqa təmsilçisi "Mingəçevir"lə pley-off matçında 2:0 qalib gələn Tsxadadzenin komandası növbəti mövsüm də Premyer Liqada mübarizə aparacaq.
Mirağa