
"Barselona"nın əfsanəvi oyunçularından olan Andres İnyestanın karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərində çalışacaq.
42 yaşlı ispaniyalı "Gulf United" klubunun baş məşqçisi təyin olunub. Məlumatı Dubay təmsilçisinin rəsmi saytı yayıb.
Müqavilənin təfərrüatları açıqlanmayıb. Andres hazırda Pro məşqçilik lisenziyası üçün təlimlərini başa vurur.
Xatırladaq ki, İnyesta karyerasını 2024-cü ildə başa vurub. Bundan sonra o, "Albasete"də səhmdar və investor, eləcə də Helsinqördə məsləhətçi olub.
Mövsümün sonunda "Gulf United" 25 xal toplayaraq BƏƏ çempionatında onuncu yeri tutub.
Mirağa