
DÇ-2026-ya hazırlaşan Türkiyə millisi yoxlama oyununda Şimali Makedoniyanı sınağa çəkib.
Fanat.Az xəbər verir ki, İstanbulda "Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşmada rəqibini böyük hesabla məğlub edib.
4:0 hesabı ilə qalib gələn Türkiyənin heyətində qollları Orkun Kökçü, Can Uzun, Deniz Gül və Barış Alper Yılmaz vurublar.
Qeyd edək ki, Türkiyə yığması dünya çempionatına hazırlıq çərçivəsində son yoxlama oyununu iyunun 7-də Venesuela millisinə qarşı keçirəcək.