
Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, Vinçentso İtalyano "qara qartallar"ın "sükanı arxası"na gətirilib.

İtaliyalı mütəxəssis ilə 2027/28 mövsümünün sonuna qədər müddətə müqavilə imzalanıb.
47 yaşlı məşqçinin son iş yeri "Bolonya" olub. Onun rəhbərliyi altında bu komanda son mövsqmdə İtaliya çempionatında 56 xal toplayıb və A Seriyasının turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb.
Bu, italyan məşqçinin Türkiyə futbolundakı ilk təcrübəsi olacaq. O, "Beşiktaş"ı Super Liqanın zirvəsinə qaytarmaq və Avropa yarışlarında uğurlu çıxış etmək hədəfinə daşıyacaq.