
“Zirə” qapıçısı Tyaqo Silva ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, klub ayrılığı rəsmi saytı vasitəsilə yayıb.
Portuqaliyalı qolkiper 2023-cü ilin yayından “Zirə”də çıxış edirdi. Onunla imzalanan 2+1 illik müqavilədəki əlavə seçim ötən yay tərəflərin istəyi ilə aktivləşmişdi.
Qeyd edək ki, 26 yaşlı qapıçı “Zirə”yə gəlməzdən əvvəl Portuqaliyanın “Vitoriya Gimaraynş”, “Leyşoyş” və “Trofense” klublarında çıxış edib.