
Antoni Marsyal "Monterrey" ilə müqaviləsini rəsmən başa vurub.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu ilə Meksika klubu qarşılıqlı razılıq əsasında müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəliblər.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı hücumçu 2025-ci ilin sentyabrında "Monterrey" klubuna keçmişdi. Meksikaya köçməzdən əvvəl Yunanıstan AEK-ində oynayan futbolçu daha pncə "Mançester Yunayted", "Sevilya", "Monako" və bir sıra digər Avropa klublarının şərəfini qoruyub.
"Monterrey" ilə müqaviləsi başa çatdıqdan sonra hücumçu azad agent olub və artıq transfer haqqı ödəmədən istənilən klubla danışıqlar apara bilər.
Mövsüm ərzində Marsyal Meksika çempionatında 17 oyun keçirib və cəmi bir qol vurub.