
Fransa yığması 2026-cı il dünya çempionatına hazırlıqlarını ötən gecə keçirdiyi yoldaşlıq oyunu ilə başa vurub.
Fanat.Az xəbər verir ki, əksər ölkələr artıq Amerika iqliminə uyğunlaşsa da, vətəni ilə vidalaşmağa tələsməyən Fransa Şimali İrlandiyanı sınağa çəkib.
Lilldə baş tutan görüşdə uzun müddət rəqibinin güclü müdafiəsini dağıda bilməyən, yalnız fasilənin fitindən bir az əvvəl hesabı açan fransızlar Maykl Olisenin het-triki ilə inamlı qələbə qazanıblar. "Xoruzlar"ın superulduzu Kilian Mbappenin iki yoldaşlıq oyununda bir qol belə vura bilməməsi diqqət çəkib.
Yoldaşlıq oyunu
Fransa – Şimali İrlandiya 3:1
Qollar: Olise, 43, 49, 75 – Kelli 64.
Beləliklə, Fransa ABŞ-a yüksək əhval-ruhiyyə ilə yollanır. Didye Deşamın komandası öz qrupunda Norveç, Seneqal və İraqla mübarizə aparacaq.