
“Şamaxı”nı daha bir futbolçu tərk edib.
Fanat.Az xəbər verir ki, komandanın əsas oyunçularından olan Dioqu Balau digər bölgə təmsilçisi “Turan Tovuz”a keçib.
Klubun mətbuat xidməti keçidi rəsmən açıqlayıb.
Portuqaliyalı yarımmüdafiəçi tovuzlularla 2 illik müddətə müqavilə imzalayıb.
Ötən mövsümün əvvəlində “Şamaxı”ya qoşulan 26 yaşlı Balau Premyer Liqada 31 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.