
"Qəbələ"daha bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçi Adriel Ba Loua ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
2025-ci ilin yayından "Qəbələ"də çıxış edən Fil Dişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Murad Musayev, Rza Cəfərov və Sambu Sissoko ilə vidalaşıb.