
"Qarabağ" yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, məlumatı Ağdam təmsilçisinin mətbuat xidməti yayıb.
Klub braziliyalı ilə yeni 3 illik anlaşma imzalayıb. Müqaviləyə əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və 1 qola imza atıb.