
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba öz nəslinin ən yaxşı hücumçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN fransalının dediklərini belə çatdırıb:
"Mbappe fantastik hücumçudur. Təsəvvür edə bilərsinizmi ki, onun bir az çətin mövsümü olub və 40 qol vurduğu bu "çətin mövsüm" istənilən hücumçunun karyerasının ən yaxşı mövsümüdür? O, bu qədər yaxşıdır.
Kilian öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!".
Mbappe bu mövsüm "Real Madrid" in heyətində bütün turnirlərdə 43 qol vurub. Bununla belə, "Real Madrid" heç bir böyük kubok qazana bilməyib və ili mükafatsız başa vurub.
Mirağa