
İngilis hakim Maykl Oliver zədə səbəbindən 2026-cı il dünya çempionatının ilk oyununu buraxacaq .
Fanat.Az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti açıqlama yayıb.
Oliver iyunun 14-də Filadelfiyada keçiriləcək Ekvador və Fil Dişi Sahili arasında qrup mərhələsi oyununda iştirak edə bilməyəcək.
Oliverin yerinə bu matçı fransız Fransua Leteksye idarə edəcək.
FİFA ümid edir ki, zədə Oliverin DÇ-nin qalan oyunlarında iş başında olmasına mane yaratmayacaq.
Oliver DÇ-2026 üçün seçilmiş altı ingilis hakimdən biridir.
41 yaşlı Oliver 2010-cu ildən bəri Premyer Liqa hakimidir.