
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman DÇ-2026-nın ilk turunda Kurasao üzərindəki 7:1 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
“Rəqib hesabı bərabərləşdirəndən sonra yenidən oyuna qayıtmağımız üçün bir neçə dəqiqə lazım oldu. Gördüyümüz kimi, Kurasao millisi də futbol oynamağı bacarır. Bu komandanın qrupdakı növbəti matçlarda özünü necə göstərəcəyi mənə maraqlıdır.
Yeddi qol vurduğumuza görə çox məmnunam. Komandamı oyununu tam bəyəndim. Turnirə qələbə ilə başlamaq həmişə vacibdir. Bunu bacardığımız üçün çox sevinirik”.
E qrupunda yer alan Almaniya millisi növbəti oyununu iyunun 20-də Fil Dişi Sahili seçməsinə qarşı keçirəcək.
Mirağa