10:48 20.07.2026 2034

Luis de la Fuente 2030-cu ildə də İspaniyanın baş məşqçisi olacaq?

 Luis de la Fuente 2030-cu il dünya çempionatında İspaniyanın baş məşqçisi olması ilə bağlı dəqiq cavab vermir.

Fanat.Az "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, matçdan sonra Luis de la Fuente jurnalistlərin suallarını cavablayıb. 

De la Fuente açıqlamasında belə deyib:

"Əvvəllər insanlar təkcə istedadlı və bacarıqlı deyil, həm də mehriban və ürəyiaçıq futbolçularla qarşılaşanda təəccüblənirdilər".

O, daha sonra vurğulayıb: "Həmrəylik ruhuna və insani dəyərlərə malik insanlar sayəsində biz ən həmrəy və ahəngdar milli komandayıq".

Təcrübəli mütəxəssis əlavə edib: "Bu qələbə fəlsəfəsi ilə böyüyən, ona sadiq qalan, onu daha da inkişaf etdirib təkmilləşdirən oyunçu nəsli ilə fəxr edirəm. Onlar "komanda" və "ailə" anlayışlarının əsl mənasını göstərən gözəl bir nümunə yaratdılar. Həmçinin qeyri-adi istedada malik dünya səviyyəli oyunçulardır".

"Çox kövrəlmişəm. Onlarla birlikdə əldə etdiklərimizə baxanda görürəm ki, biz bu oyunçu nəsli ilə hər şeyi qazanmışıq", – deyə o, sözlərinə davam edib.

İspaniya millisi ilə 2030-cu il Dünya Çempionatına qədər işləməyi düşünüb-düşünmədiyi soruşulduqda, De la Fuente gələcəyi ilə bağlı tələsik qərar vermək istəmədiyini vurğulayıb. "Biz istədiyimiz yerdəyik və bu oyunçulara sahib olduğumuz üçün şanslıyıq. Tələsmirik, bu anın dadını çıxarmalıyıq. Gələn ilin sentyabrındakı oyunlar barədə düşünə bilərik, amma əldə etdiyimiz nailiyyət tarixi bir uğurdur, ona görə də hər dəfə yalnız növbəti oyuna köklənməliyik", – deyə o bildirib.

Qeyd edək ki, İspaniya millisi Argentina ilə final matçında rəqibini əlavə vaxtda son çempionu bir qolla məğlub edib. Qələbə qolunu meydana sonradan daxil olan Ferran Torres vurub. 

İspanları AÇ-2024-də çempionluğa daşıyan 65 yaşlı de la Fuente, milli komandanı dünya çempionatında qələbəyə aparan ən yaşlı baş məşqçi olub. Eyni zamanda, İspaniya milli komandası bütün yarışlar daxil olmaqla, məğlubiyyətsizlik seriyasını 38 oyuna çatdırıb.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

17:29

Azərbaycan cüdoçuları AÇ-nin ikinci günündə medal qazana bilmədilər

17:08

"Eyforiyaya qapılmaq niyyətində deyilik" - "Xankəndi"nin baş məşqçisi

16:50

Sürprizlərlə başlayan çempionat və ya "Ağstafa Gəncləri" nə "deyir"?

16:32

"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

16:14

"Neftçi"dən ayrılan bosniyalının yeni klubu bilindi

15:55

"Real Madrid" fransalı ulduza ÇL-də ehtiyac duymadı

15:32

Robinyonun oğlu A Seriyasında - RƏSMİ

15:13

"Kəpəz" - "Şamaxı" oyununa neçə bilet satıldığı bilindi - SON DURUM

14:54

"Futbolçularıma deyirəm ki, ağlınız Premyer Liqaya və ya 2-ci Liqaya getməsin" - Elnur Abdullayev

14:30

Zeynalov Qran-prinin qalibi oldu

14:10

Çempion "Sabah" lider "Zirə" ilə oyuna neçə itki ilə çıxacaq?

13:51

39 yaşlı Vardi Premyer Liqaya qayıda bilər - SON DURUM

13:32

"Rəqibə demək olar ki, qol epizodu vermədik" - "Şahdağ Qusar"ın baş məşqçisi

13:10

"Sabah"ın "Mançester Yunayted" ilə bağlı planları bilindi

12:49

Maudo Jarjue: "Neftçi" ilə oyunda qələbə qazanmağa hazırıq"

12:20

Son anda klubunu dəyişən və ilk matçda qırmızı vərəqə alan qapıçı: "Əsas odur, bundan dərs çıxaraq"

11:45

"Xankəndi" yeni transferinin adını açıqladı

11:26

Azərbaycan millisi baş məşqçisiz qaldı

11:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Braziliyalı ulduz "Fənərbağça"dan rəsmən ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X