
Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Sabah" da rəqibini tanıyacaq.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq püşkatma ərəfəsində "Sabah"ın potensial rəqibləri bəllidir. Valdas Dambrauslasın baş məşqçisi olduğu ölkə çempionu İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivlərindən birinə rəqib olacaq.
Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.