
UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da rəqibi müəyyənləşib.
"Səpələnmişlər" səbətində yer alan "bayquşlar" tarixində ilk dəfə yarışacağı ÇL-də Uels təmsilçisi TNS-ə rəqib olub.
Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.