
Argentina millisi DÇ-2026-nın qrup mərhələsinə inamlı qələbə ilə başlayıb.
Fanat. Az xəbər verir ki, son dünya çempionu ilk oyununda Əlcəzairlə qarşılaşıb.
Görüş Lionel Messinin benefisinə çevrilib. Təcrübəli hücumçu rəqib qapısından üç top keçirərək komandasına 3:0 hesablı qələbə qazandırıb.
Messi bununla bir daha böyük turnirlərdə sözünü deməyi bacardığını göstərib. Yaşının 38 olmasına baxmayaraq, Argentina millisinin lideri meydanda əsas fərq yaradan futbolçu olub. Onun vurduğu qollar həm fərdi ustalığın, həm də Argentinanın hücum xəttindəki keyfiyyətin göstəricisi idi.
Bu qarşılaşma Messi üçün tarixi məqamla da yadda qalıb. O, Argentina millisində 200-cü oyununa çıxıb. Kapitan yubiley matçını sadəcə qələbə ilə deyil, het-triklə tamamlayıb.
Argentina isə turnirə çempion adına uyğun start verib. Lionel Skaloninin komandası oyuna nəzarəti əlində saxlayıb, rəqibə ciddi şans verməyib və qrupda ilk üç xalını rahat qazanıb.
Qeyd edək ki, Argentina DÇ-2026-da Əlcəzair, Avstriya və İordaniya ilə eyni qrupda yer alır.