
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1-ci turun növbəti oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, əvvəlcə K qrupunda Portuqaliya Konqo DR ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu Qətərdən olan Abdulrahman Al-Jassim idarə edəcək.
Gecəyarısı isə L qrupunda İngiltərə ilə Xorvatiya üz-üzə gələcəklər. Günün mərkəzi oyununda ədaləti fransalı referi Klement Turpin qoruyacaq.
Qeyd edək ki, K və L qruplarında digər qarşılaşmaları (müvafiq olaraq 03:00. Qana - Panama və 06:00. Özbəkistan – Kolumbiya) iyunun 17-dən 18-nə keçən gecə baş tutacaq və bununla da mundialda ilk tura yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 17 iyun
K qrupu
21:00. Portuqaliya - DR Konqo
Baş hakim: Abdulrahman Al-Jassim (Qətər).
Hyuston. "NRG Stadium".
L qrupu
00:00. İngiltərə – Xorvatiya
Baş hakim: Klement Turpin (Fransa).
Arlinqton. "AT&T Stadium".