
Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele Seneqala qarşı oyunu şərh edərkən ulduz forvard Kilian Mbappeni tənqid edib.
Fanat.Az xəbər verir ki, Makelele DAZN telekanalına açıqlamasında belə deyib:
"Nə istəyirsən? Topun sənə gəlməsini? Aman Allahım, necə də inanılmaz ötürmədir... Müdafiəçilər bu ötürmənin qarşısını ala bilmədilər. Bu, Mbappenin problemidir: o, hər topu özü üçün istəyir. O, komanda yoldaşları ilə oynamalıdır, amma komanda üçün oynamır".
Fransa yığması qrup mərhələsinin ilk turunda Seneqala 3:1 hesabı ilə qalib gəlib. Bu görüşdə Mbappe iki qol vurub.
Mirağa