
Fransa Liqa 1-də baş məşqçi ayrılığı reallaşıb.
Fanat.Az xəbər verir ki, "Nitsa" Klod Püeli istefaya göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mövsümün ortalarında Frank Haisenin yerinə müvəqqəti olaraq gətirilən 64 yaşlı mütəxəssis "Sent-Etyenn" ilə pley-off oyunuda qalib gələrək komandanı aşağı liqaya düşməkdən çətinliklə xilas etməsinə baxmayaraq, postunu itirib. Klub onun bu yay başa çatan müqaviləsini yenilənməyib.
"Nitsa" Püelin yerinə Olivye Pantalonini gətirməyə hazırlaşır. O, Klodun boşaltdığı posta əsas namizəddir.