
İngiltərə millisi dünya çempionatının qrup mərhələsinin açılış oyununda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "üç aslan"ın yarımmüdafiəçisi Cud Bellinqem Avropa futbolunda yeni rekord müəyyənləşdirib.
"Opta"-nın hesablamasına görə, matç zamanı 22 yaş 353 günlüyündə olan Bellinqem dörd fərqli böyük turnirdə oynayan ən gənc avropalı oyunçu olub.
Bu nailiyyət əvvəllər 23 yaş 4 günlüyündə dördüncü böyük beynəlxalq turnirdə iştirak edən Lukaş Podolskiyə məxsus idi.