
Birinci Liqa təmsilçisi "Şahdağ Qusar" kapitanı Rahid Əmirquliyevlə yolları ayırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komandanın qurucularından olan veteran futbolçu rəhbərliklə görüşüb.
Ortaq məxrəcə gələ bilməyən tərəflər ayrılmağa qərar veriblər.
Qeyd edək ki, Rahid "Səbail"dən ayrıldıqdan sonra 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir. O, böyük futbola da məhz Qusar təmsilçisindən gəlib.
Mirağa