
İtaliya futboluna itki üz verib.
Fanat.Az xəbər verir ki, 1996-cı ildə A Seriyasının ən çox qol vuran oyunçusu olan İqor Protti dünyasını dəyişib.
Mərhumun ailəsi insayder Canluka di Martsioya məlumatı təsdiqləyiblər.
"Latsio" və "Bari"nin keçmiş hücumçusu 10 aydır bağırsaq xərçəngindən əziyyət çəkirdi. İtaliyalı hücumçunun 58 yaşı var idi.
Protti "Livorno", "Messina", "Latsio", "Napoli" və "Bari" klublarındakı çıxışı ilə tanınır. O, 1996-cı ildə Cüzeppe Sinyori ilə birlikdə hərəyə 24 qol vuraraq A Seriyasının şərikli bombardiri olub. Protti "Latsio" ilə İtaliya Super Kubokunu qazanıb.