
Yunanıstan klubu PAOK baş məşqçi Rezvan Luçesku ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssisin gedişini klubun mətbuat xidməti rəsmən açıqlayıb.
Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verib.
Oğul-Luçesku 2021-ci ilin may ayında Yunanıstan klubuna qayıdaraq ikinci dəfə PAOK-a rəhbərlik edib. 2023/24 mövsümündə o, komandanı Yunanıstan çempionluğuna aparıb. Rumıniyalı mütəxəssis əvvəllər 2017-2019-cu illərdə PAOK-da çalışıb.
57 yaşlı məşqçi karyerasını Qətərdə davam etdirə bilər. "Əl-Sədd" onunla maraqlanır. Luçesku hazırda sözügedən klubla danışıqlar aparır.
Rezvan Luçesku əfsanəvi mütəxəssis, "Şaxtyor" və Kiyev "Dinamo"larının keçmiş məşqçisi Mirça Luçeskunun oğludur.
PAOK mövsümü Yunanıstan çempionatında üçüncü yerdə başa vurub. Komanda 2026/27 avrokubok mövsümünə Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq və burada Kiyev "Dinamo"su - "Kluj Universitetya" matçının qalibi ilə oynayacaq.