
Braziliya dünya çempionatları tarixində ən çox qol vuran komandaların siyahısında liderliyini bərpa edib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda "sambaçılar" Haiti komandasını 3:0 hesabı ilə məğlub ediblər.
"Opta"-nın məlumatına görə, beləliklə Braziliyanın qol sayı 241 qolu var. Onlar Şimali Amerikadakı turnirdə hələ ikinci oyununu keçirməyən Almaniyanı (239) geridə qoyublar. Almaniya bu gün Fil Dişi Sahili ilə qarşılaşacaq.
Braziliya DÇ tarixində ən çox medal qazanan komandadır. "Sambaçılar" beş dəfə turnirin qalibi olublar.
ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-ya 19 iyulda yekun vurulacaq.