
İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələn, türk iş adamı Acun Ilıcalınnın sahibi olduğu "Hall Siti" "Beşiktaş" ilə sözləşməsi bitəcək Ersin Destanoğluna rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.
"Beşiktaş"ın 25 yaşlı qapıçısı Ersin Destanoğlu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. İstanbul klubu onunla sğzləşməni yeniləmək istəyir, amma qapıçıya xaricdən müştərilər var. İlk qapıçı olmaq istəyən Ersinin hələlik "Beşiktaş"ın təklifinə müsbət cavab vermədiyi və digər təklifləri dəyərləndirdiyi iddia edilib.
Ötən mövsüm Mert Günokun komandadan ayrılmasından sonra "1 nömrə" funksiyasını yerinə yetirməyə başlayan 25 yaşlı qolkiper oynadığı 32 matçda 34 qol buraxıb. Ersin 10 matçda qapısını toxunulmaz saxlayıb.