
Almaniya millisinin və "Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən dünya çempionatının qalan hissəsini buraxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports Deutschland" yayıb .
Mənbənin məlumatına görə, MRT müayinəsi nəticəsində 26 yaşlı alman futbolçunun topuğundakı medial kollateral bağının qopduğu aşkarlanıb və bu, onun ən azı iki ay oynaya bilməyəcəyi deməkdir.
Niko Şlotterbek qrup mərhələsinin ikinci turunda Fil Dişi Sahilinə qarşı oyununun əvvəlində zədələnib. O, ikinci hissənin əvvəlində meydanı tərk etmək məcburiyyətində qalıb.
O, milli komandada ümumilikdə 29 oyun keçirib (1 qol və 3 məhsuldar ötürmə).
Almaniya millisi iki turdan sonra maksimum 6 xal toplayaraq E qrupuna liderlik edir və pley-offa vəsiqəni erkən rəsmiləşdirib.
Julian Naqelsmanın komandası qrup mərhələsinə Ekvadorla oyunla yekun vuracaq. Oyun 25 iyunda baş tutacaq.