
Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraqa qarşı oyunu qısa şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın mətbuat xidməti "üçrənglilər"in çalışdırıcısının fikirlərini belə çatdırıb:
"Fasilədən sonra oyunu tam nəzarətə götürdük. İlk hissədə işlər o qədər də asan deyildi. Fransa artıq turnirin növbəti mərhələsinə yüksəlib, amma Norveçlə növbəti oyun həlledici olacaq. Kimin birinci yeri tutacağına aydınlıq gələcək.
Qeyd edək ki, Fransa İraqı 3:0 hesabı ilə məğlub edib. Qollardan 2-ni Kilian Mbappe vurub, Usman Dembele matçda son nöqtəni qoyub.
İki turdan sonra Fransa və Norveçin hər birinin altı xalı var. Komandalar iyunun 26-da üz-üzə gələcəklər.
Mirağa