
Qana millisinin baş məşqçisi Karlos Keyruş dünya çempionatında İngiltərə ilə heç-heçə (0:0) etdikləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"İlk məqsədə çatdıq, növbəti mərhələyə yüksəldik. Oyunçularımızın oyunboyu necə mübarizə apardıqlarına, sistemə necə sadiq qaldıqlarına görə çox qürur duyuram. Onlar həmişə özlərinə inanırdılar. Səmimi deyirəm, İngiltərə dünya çempionatını qazanmağa nail ola bilər. Bu, azarkeşlərimiz üçün bir hədiyyədir.
Qələbə qazanmaq üçün belə davranmaq lazımdır: müdafiə olunmaq lazım olanda arxada dayanmalısan. Onlar "rok-n-roll" oynayarkən mən "samba" oynaya bilmərəm. İngiltərə artıq ilk hissədən sonra məyus olmuşdu ki, bizi məğlub edə bilmir. Məhz o zaman biz yetkinləşdik və oyuna nəzarət etməyə başladıq. Qol vura bilərdik, amma təəssüf ki, alınmadı. Düşünürəm ki, İngiltərə də qol vura bilərdi, ona görə də heç-heçə ədalətli nəticə idi.
Bu nə deməkdir? Xoşbəxtlik. Qalib gəlmək xoşbəxtlikdir, amma bu mərhələdə qalib gəlməyin heç bir mənası yoxdur. Məqsədimiz növbəti mərhələyə çıxmaq idi, ona da çatdıq".