
DÇ-2026-da L qrupunun 2-ci turu çərçivəsində keçirilən İngiltərə - Qana (0:0) matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem ABŞ-nin Foksboro şəhərindəki oyunun ən yaxşısı elan olunub.

Qeyd edək ki, Bellinqem oyuna start heyətində başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
Bu oyundan sonra İngiltərə və Qananın hərəyə dörd, Xorvatiyanın 3 xalı var, Panamanın isə hələlik xalı yoxdur.
Üçüncü turda İngiltərə Panama, Qana isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki oyun 28 iyunda keçiriləcək.