
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Meksika və Ekvador yığmaları yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, FİFA 2:0 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdıran təşkilatçı ölkənin oyunçusu Xulian Kinyonesi fərqləndirib.
29 yaşlı hücumçu görüşün 22-ci dəqiqəsində hesabı açaraq qələbənin təməlini qoyub.
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.