
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün Fil Dişi Sahili və Norveç yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 2:1 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdıran Skandinaviya təmsilçisinin vingeri Antonio Nusa fərqləndirilib.
O, görüşün 39-cu dəqiqəsində hesabı açaraq qələbənin təməlini qoyub.

"Vikinqlər" 1/8 finalda Braziliya ilə üz-üzə gələcəklər.
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat