
Qızlardan ibarət U-15 və U-17 milli komandalarımızın məşqçi heyətində dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, AFFA-nın mətbuat xidməti dəyişiklikləri və yeni təyinatlar barədə məlumat yayıb.
U-15:
Baş məşqçi – Rövşən Qasımov (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Köməkçi məşqçi – Manə Mollayeva (A millinin futbolçusu)
Qapıçılar üzrə məşqçi – Günay İsmayılova (A millinin qapıçısı)
Bildirilib ki, U-15-in köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.
U-17:
Baş məşqçi – Xanlar Əliyev (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.