
Hazırda davam edən dünya çempionatının 1/16 finalında Seneqal yığması ilə üz-üzə gələcək Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"Püşkatma zamanı klubda idim və öz-özümə düşünürdüm: "Yalnız Seneqal olmasın. Ondansa, bizə Fransa və ya başqa rəqib düşsün". Seneqalla çox güclü bağlarım var. Mən Dakarda doğulmuşam. Brüsseldə olan anamdan, bacılarımdan və qardaşlarımdan başqa, bütün doğmalarım Dakarda yaşayır. İldə bir dəfə oraya qayıdıram. Məhz Ыeneqalda ruhən dincəlir və güc toplayıram".
Seneqal və Belçika yığmaları iyulun 1-də qarşılaşacaqlar. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat