
"Qarabağ"ın UEFA Avropa Liqasının təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq kanal dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin liqa mərhələsinə qədər keçirəcəyi həm ev, həm də səfər qarşılaşmalarının "İdman Azərbaycan"da yayımlanacağı gözlənilsə də, bu, son anda baş tutmayıb.
Tərəflər razılığa gələ bilməyiblər.
Belədə "CBC Sport" kanalının müraciəti müsbət qəbul olunub. Artıq klub ilə kanal razılığa gəliblər. Beləliklə, "Qarabağ"ın AL-də Liqa mərhələsinə qədərki oyunlarını "CBC Sport" göstərəcək.
Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" AL-in birinci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri" ilə qarşılaşacaq. Təmsilçimiz ilk sınağına iyulun 9-da doğma meydanda çıxacaq, cavab görüşü isə iyulun 16-da İslandiyada baş tutacaq.
Mirağa