
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının yarımfinalında baş tutacaq Fransa - İspaniya matçı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "The Touchline" onun dediklərini belə çatdırıb:
“Fransa və İspaniya arasındakı matçı erkən final adlandırmaq olar. Hər iki komanda turnirin əsas favoritləridir".
İspaniya dünya çempionatının 1/4 finalında Belçikanı 2:1, Fransa isə Mərakeşi 2:0 hesabı ilə üstələyərək yarımfinala adlayıblar.
Fransa - İspaniya görüşü iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Mirağa