
Mauro İkardinin ayrılmaq qərarının səbəbi ilə bağlı diqqətçəkən bir iddia ortaya çıxıb.
Fanat.Az "Sözcü" qəzetindəki məlumata istinadən xəbər verir ki, Mauro İkardi ailə səbəblərinə görə növbəti dayanacaq kimi Argentinanı hədəf seçib.
Onun ayrılmasının səbəbləri arasında ailəvi məsələlərin də olduğu bildirilir. 33 yaşlı hücumçunun karyerasını öz ölkəsində davam etdirəcəyi gözlənilir. "Qalatasaray"ın İkardi ilə vidalaşdığı paylaşımda isə aşağıdakı ifadələrə yer verilib:
"Əziz Mauro, bu gün biz yolların ayrılmasından deyil, bir irsdən danışırıq. Artıq "Qalatasaray" formasını geyinməməyin, qəlbimizdəki yerini dəyişməyəcək. Çünki sən istər gənc, istərsə də yaşlı olsun, hər bir "cimbom" azarkeşinin qəlbində xüsusi bir yer qazanmısan. Vurduğun qollar, əldə etdiyin bombardirlik titulları, qırdığın rekordlar və qazandığın kuboklardan da əvvəl, sən "sarıqmızı" ehtirasını həqiqətən yaşadın və bu hislərini milyonlarla insanla bölüşdün.
Həmçinin "Sən artıq sadəcə adını klubun tarixinə qızıl hərflərlə yazdıran biri deyilsən, "aslan"ın unudulmaz əfsanələri arasında əbədi yaşayacaq əziz bir simasan. Bütöv bir nəsli "Qalatasaray" azarkeşinə çevirən sevimli kapitan, əgər bu gün uşaqlar fəxrlə "Mən 'Qalatasaray' azarkeşiyəm" deyirlərsə, bunda sizin böyük əməyiniz var. Hər bir "cimbom" azarkeşi bunu bilir. "Belə bir sevgi unudulmazdır" -, deyə qeyd edilib.
Əlisahib İbrahimli