
"Qarabağ"ın heyətində göstərdiyi oyunla Azərbaycan futbol azarkeşlərinin rəğbətini qazanmış təcrübəli qapıçı İbrahim Şehiç karyerasında yeni səhifə açıb.
Fanat.Az xəbər verir ki, bosniyalı qolkiper Türkiyənin köklü klublarından olan "Sarıyer" ilə rəsmi müqavilə imzalayıb.
Onun son klubu "Çorumspor" olub.
Şehiç "Qarabağ"da çıxış etdiyi 2013-2018-ci illər ərzində ümumilikdə 160 rəsmi matçda meydana çıxıb və bu oyunların 85-də qapısını toxunulmaz saxlayıb. Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan Premyer Liqasının çempionu olan və 3 dəfə ölkə kubokunu qazanan 37 yaşlı qapıçı, komandanın ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasında ən böyük pay sahiblərindən biri olub.
Kamil Xudiyev