
Hazırda davam edən dünya çempionatının yarımfinalında İspaniya yığmasına 0:2 hesabı ilə uduzaraq dayanan Fransa millisinin müdafiəçisi Uilyam Salibanın son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az "L’Equipe"yə istinadən xəbər verir ki, "mavilər"in mərkəz müdafiəçisi Uilyam Saliba İspaniyaya qarşı 2026-cı il dünya çempionatının yarımfinal matçında (0:2) ciddi zədə alıb və 2027-ci ilə qədər sıradan çıxıb.
Məlumata görə, "qırmızılar" ilə oyunda aldığı bel zədəsi səbəbindən Saliba dörd-altı ay müddətində meydana qayıtmağı gözlənilir. Bildirilir ki, fransalı futbolçuya cərrahi əməliyyat və uzunmüddətli bərpa dövrü lazım olacaq. Qeyd edək ki, Uilyam hətta dünya çempionatı başlamazdan əvvəl də şiddətli ağrılardan şikayətlənmiş, lakin oynamağa davam etmişdi.
2025/2026-cı illər mövsümündə Saliba "Arsenal"ın keçirdiyi mümkün 63 oyundan 50-də iştirak edərək, komandanın əsas oyunçulardan birinə çevrilmişdi. Dünya çempionatında isə təcrübəli oyunçu "xoruzlar"ın heyətində altı oyuna çıxmış (heç birində tam oyun keçirməyib) və nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalmışdır.
Əlisahib İbrahimli