
Portuqaliya nəhəngi "Benfika" transfer pəncərəsinin ən səs-küylü keçidlərindən birini rəsmiləşdirməyə çox yaxındır.
Fanat.Az dünyaca məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Lissabon təmsilçisi Kolumbiya millisinin gənc ulduzu Con Duranın transferi ilə bağlı tam razılıq əldə edib.
Tərəflər arasında əldə olunan razılığa əsasən, 22 yaşlı istedadlı hücumçu yeni mövsümü icarə əsasında "Benfika"da keçirəcək.
Müqavilədə futbolçunun transfer hüquqlarının birdəfəlik alınması üçün məcburi olmayan satınalma opsiyası da yer alacaq.
Vurduğu kritik qollarla diqqət çəkən Duranın lissabonluların hücum xəttindəki qol problemini kökündən həll edəcəyi gözlənilir.
Kamil Xudiyev