
Yay təlim-məşq toplanışını Bakıda davam etdirən “İmişli” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Qarabağ"ın əvəzedici komandası ilə gücünü sınayıb.
Matç "İmişli"nin böyük hesablı qələbəsi ilə nəticələnib - 5:1.
Fərid Namazovun komandasında Juninyo dubl edib. Digər qolları isə Dioqo Almeyda, Nicat Quluzadə və Dioqu Kardozu vurub.
“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.