
"Fənərbağça" "Borussiya Dortmund"un hücumçusu Seru Qirassinin transferi istiqamətində növbəti addım atıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" nəşri yayıb.
Xəbərə görə, İstanbul klubu transfer danışıqlarında "Borussiya"nın sabiq baş məşqçisi, eyni zamanda keçmiş kapitanı Nuri Şahinin dəstəyindən yararlanmaq qərarına gəlib.
Nuri çətinə düşən transfer prosesində Qvineya millisinin hücumçusunu "Fənərbağça"ya keçməyə razı salmağa çalışacaq.
Xatırladaq ki, 30 yaşlı Seru Qirassinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Əlisahib İbrahimli