
Argentina millisinin qapıçısı Emiliano Martinez dünya çempionatının finalında məğlub olduqdan sonra keçirdiyi hissləri bölüşüb.
Fanat.Az xəbər verir ki, bu barədə fikirlərini sosial media hesabında paylaşan 33 yaşlı qolkiper qolkiper milli karyerasını başa vura biləcəyinə işarə edib:
"Argentinaya qələbə qazandırıb yenidən tarix yazmağı arzulayırdım. Düzünü desəm, bu ağrını izah etmək çətindir. Necə davam etməyi, yaxud, kənara çəkilməyin vaxtı gəlib-gəlmədiyini anlamaq üçün düşünürəm. Çox üzr istəyirəm, amma ölkəmə və komanda yoldaşlarıma kömək etmək üçün əlimdən gələni etdim".
Argentinalılar əlavə vaxtda ispanlara 0:1 hesabı ilə məğlub oldular.
Mirağa