
İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal dünya çempionatının final oyunundan sonra Argentina yığmasının hücumçusu Lionel Messi ilə söhbətinin təfərrüatlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri Yamalın dediklərini belə çatdırıb:
"Bir neçə il əvvəl mənə Leo Messi ilə oyundan sonra dünya kubokunu başıma qaldıracağımı desəydin, dəli olduğunu bildirərdim. O, tarixin ən yaxşısıdır və mən ona həmişə heyran olmuşam. Matçın sonunda ona hörmətimi bildirdim. Messi mənə öz yolumla getməyimi və gələcəyin bizim nəslə məxsus olduğunu dedi. Bu sözlər boynumda taxdığım qızıl medal qədər dəyərlidir".
Xatırladaq ki, iyulun 19-da baş tutan həlledici oyunda İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın qalibi olub.
Mirağa