
Fransa millisinin yeni baş məşqçisi məsələsi aydınlaşıb.
Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, bu vəzifəyə əfsanəvi futbolçu Zinəddin Zidan təyin olunub.
Xəbərə görə, tərəflər uzunmüddətli müqavilə imzalayıblar. Bildirilir ki, Zidanla Fransa Futbol Federasiyası arasında şifahi razılıq hələ ötən ilin noyabrında əldə olunmuşdu. Son günlər isə müqavilə rəsmiləşdirilib.
Qeyd edək ki, payız aylarında bəzi klublar da Zidanı heyətinə qatmaq istəsə də, 53 yaşlı təcrübəli mütəxəssis "xoruzlar"ı çalışdırmaq qərarına sadiq qalıb.
Əlisahib İbrahimli