
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu yarımmüdafiəçi Eduardo Kamavinqa ilə danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Serxio Valentin yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı çalışdırıcı fransız futbolçuya Madrid klubunda oyun təcrübəsi qazanmağın çətin olacağını izah edib.
Klub artıq 23 yaşlıoyunçunu satmaq üçün variantları araşdırır. Kamavinqanın özü isə hazırda komandadan ayrılmaq istəmir.
Kamavinqa ötən mövsüm La Liqada 29 oyun keçirib və bir qol vurub.
Mirağa