
"Mançester Siti" özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovla müqavilə müddətini yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, mərkəz müdafiəçisi 2025-ci ilin yanvarında 40 milyon avro qarşılığında Fransanın "Lans" klubundan "Mançester Siti"yə transfer olunub.
O, ötən mövsüm "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla, 37 rəsmi matçda çıxış edib.
Əlisahib İbrahimli