
Adının dəyişdirilərək "Gəncəbasar" edilməsi gündəmdə olan "Cəbrayıl" ilə bağlı yeni xəbər var.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun başına yeni rəhbərliyin gəlməsi ilə ümumi komandada da dəyişiklik baş verib.
"Kəpəz"dən tanıdığımız və "Gəncəbasar" adlanacağı gözlənilən klubun yeni prezidenti İlqar Nadiri komandanı yeni baş məşqçiyə etibar edib. Belə ki, komandanın yeni çalışıdırıcısının Elhad Nəziri olmasına qərar verilib. Onun köməkçisi isə Tural Rzayev olacaq.
Halbuki, "Cəbrayıl" iyulun əvvəlində Elman Sultanova tapşırılmışdı.
Xatırladaq ki, sabiq müdafiəçi Nəziri "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan", "Lokomotiv-Biləcəri", "İnter Bakı" (indiki "Şamaxı") komandalarında futbolçu kimi çıxış edib. UEFA-nın "B" kateqoriyalı məşqçilik lisenziyasına sahib olan çalışdırıcının son iş yeri Region Liqasında çıxış edən "Zəngilan" olub. Nəziri əvvəllər də "Cəbrayıl"ı çalışdırıb.
Əlisahib İbrahimli