
"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisini transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi Ticani Reynders ilə ciddi maraqlanır. "Mançester Siti" "Lill"in gənc yarımmüdafiəçisi Ayyub Buaddinin transferini reallaşdıra bilsə, niderlandlının komandadan ayrılmasına icazə verəcək.
Ticani keçən yay "Milan"dan İngiltərə klubuna transfer olub.
Qeyd edək ki, Reynders bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli