
“Zaqatala” baş məşqçisi Rüstəm Məmmədovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məmmədovla müddəti bitən müqavilə uzadılmayıb.
Qeyd edək ki, “Zaqatala” Rüstəm Məmmədovun rəhbərliyi altında 9 il ərzində 1-ci liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.